Ru
Bakı
USD
EUR
GBP
RUB

Everest zirvəsini 23 dəfə fəth edən Nepallı dünya rekordunu təzələyib

news photo

15.05.2019 15:30 // Dünyada

Himalayda yaşayan azsaylı şerp xalqının nümayəndəsi, nepallı Kami Rita dünyanın ən hündür nöqtəsini – Comolunqma (Everest) zirvəsini 23-cü dəfə fəth edərək dünya rekorduna imza atıb.

Youthportal.az Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, 49 yaşlı nepallı Everest zirvəsinə növbəti qalxmanı uğurla başa çatdıraraq özünün bir ildən az davam edən rekordunu yeniləyib.

Kami Rita 8848 metr hündürlükdə yerləşən Comolunqma zirvəsinə ilk dəfə 1994-cü ildə, axırıncı dəfə isə 2018-ci il mayın 16-da 22-ci dəfə qalxmışdı. O, zirvəyə daha iki dəfə qalxmaq və bundan sonra dayanmaq fikrindədir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi