Ru
Bakı
USD
EUR
GBP
RUB

“Eurovision-2019” uşaq mahnı müsabiqəsinin keçiriləcəyi şəhər elan olunub

news photo

21.01.2019 11:28 // Cəmiyyət

“Eurovision-2019” beynəlxalq uşaq mahnı müsabiqəsi Polşanın Krakov şəhərində keçiriləcək. Bu barədə Avropa Yayım İttifaqının baş direktoru Noel Kerran bildirib.

Youthportal.az müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, 2018-ci ildə Polşadan olan 13 yaşlı ifaçı Roksana Vengel Minskdə keçirilən “Eurovision” uşaq mahnı müsabiqəsinin qalibi olub.

Noel Kerran Polşa televiziyasının efirində deyib: “Bu, Krakovda keçiriləcək fantastik hadisə olacaq. Mən bunu səbirsizliklə gözləyirəm”.

Böyüklər üçün “Eurovision” mahnı müsabiqəsindən fərqli olaraq, “Eurovision” uşaq mahnı müsabiqəsinin qaydalarına görə, qalib ölkə müsabiqəni avtomatik olaraq növbəti il təşkil etmə hüququ əldə etmir. Növbəti müsabiqənin keçiriləcəyi yer təqdim olunan müraciətlər əsasında müəyyən edilir.

Digər xəbərlər

Xəbər lenti

Təmas xəttində nisbi sakitlik olub

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi