Ru
Bakı
USD
EUR
GBP
RUB

"Əsrin müqaviləsinin” 25-ci ildönümü və “Neftçilər günü” münasibətilə keçirilən inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılıb

news photo

20.09.2019 15:49 // Cəmiyyət

19 sentyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin Xətai rayonunda yerləşən Qaz İxrac İdarəsində Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatı, Xətai Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsinin” 25-ci ildönümü və “Neftçilər günü” münasibətilə keçirilən inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi və konfrans keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Xətai rayonunda yerləşən parkda umummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Konfransda Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvü, iki sahil qəzətinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatı, komitə sədri Ziyad Səmədzadə, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatını sədri Hüseynbala Mirələmov, Azərbaycan Dövlət Neft Şirkətinin vitse prezidenti Xaliq Məmmədov, Xətai Rayon İcra Hakimiyyəti başçısının muavini Etibar Əhmədov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Xətai Rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Orxan Bayramov və inşa yazı müsabiqəsinin qalibləri şagirdlər və valideyinlər iştirak etmişlər.

Konfrans  Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olunduqdan sonra, video rolik nümayiş edilmişdir. 

Çıxış edənlər, Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvü, iki sahil qəzətinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatı, komitə sədri Ziyad Səmədzadə, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatını sədri Hüseynbala Mirələmov, Azərbaycan Dövlət Neft Şirkətinin vitse prezidenti Xaliq Məmmədov, Xətai Rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Orxan Bayramov,  ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının, həmçinin tarixi hadisə kimi səciyyələndirilən “Əsrin Müqaviləsinin” dövlətimiz və xalqımız üçün əhəmiyyəti barədə fikirlərini bildirmişlər.

Daha sonra inşa yazı müsabiqəsi qalibləri 263 nömrəli tam orta məktəbin şagirdi Qəmbərov Əli - I yer, Heydər Əliyev adına liseyin şagirdi Mirzəyeva Zəhra - II yer, 265 nömrəli tam orta məktəbin şagirdi Mürsəqulova Səma – III yer , 58 nömrəli tam orta məktəbin şagirdi Əsədova Səma  - fərqlənmə diplomları və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi