Ru
Bakı
USD
EUR
GBP
RUB

“ƏSA” Teatrından tamaşaçılara möhtəşəm təklif: “1 kitab – 1 bilet” (FOTO)

news photo

06.07.2019 12:45 // Cəmiyyət

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” Teatrı iyulun 6-da baş tutacaq “Adamlar və siçanlar” tamaşası üçün möhtəşəm təkliflə çıxış edib.

Youthportal.az xəbər verir ki, bu barədə məlumatı təşəbbüsün ideya müəllifi, teatrın baş meneceri Nicat Qulam verib.

Onun sözlərinə görə, teatrla ədəbiyyatın vəhdətini təşkil etmək naminə tamaşaçılara yeni təklif hazırlayıblar. Belə ki, “ƏSA” Teatrının iyulun 6-da Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdirəcəyi “Adamlar və siçanlar” tamaşasına 1 ədəd bədii kitab gətirən tamaşaçıya 1 bilet veriləcək.

“1 kitab – 1 bilet” kampaniyasında iştirak etmək istəyən hər bir tamaşaçı tamaşaya gələrkən özü ilə Azərbaycan dilində və latın qrafikalı əlifba ilə çap olunmuş kitab gətirməlidir.

Nicat Qulam bildirib ki, “1 kitab – 1 bilet” kampaniyasında məqsəd ədəbiyyatla teatrın “oxucu – tamaşaçı” tandemini formalaşdırmaq, kitabsevərlərin teatra marağını artırmaqla yanaşı, teatr həvəskarlarının kitaba olan marağını yüksəltməkdir. Belə ki, bilet qarşılığında verilən kitablar növbəti mövsümdən etibarən mütəmadi olaraq “ƏSA” Teatrının tamaşaçılarına hədiyyə olunacaq.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi