Ru
Bakı
USD
EUR
GBP
RUB

“Ərtoğrol Cavid. Musiqi əsərləri” kitabı çapdan çıxıb kitabı çapdan çıxıb

news photo

11.12.2019 18:43 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının tərtibçisi və müəllifi olduğu “Ərtoğrol Cavid. Musiqi əsərləri” kitabı işıq üzü görüb.

AMEA-dan Youthportal.az-a bildirilib ki, Ərtoğrol Cavidin 100 illik yubileyi münasibətilə nəşr olunan vəsaitdə bəstəkarın 40-a yaxın musiqi bəstəsi, o cümlədən “Eşq olsun”, “Sonatina”, “9 variasiya”, “Quşlar”, “Ballada”, “Sevgili yar gəlmiş idi”, “Gəl” və digər əsərləri toplanıb.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabın redaktoru dosent Nazim Quliyevdir.

Qeyd edək ki, kitab muzeydə qorunub saxlanılan əlyazmalar əsasında tərtib olunub.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi