Ru
Bakı
USD
EUR
GBP
RUB

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

news photo

13.08.2018 10:51 // Qarabağ

Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edir.

Bu barədə Youthportal.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsrəfilov Samit Ədalət oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, həyati təhlükə yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərə görə məsuliyyət tam şəkildə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Ordusunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi