Ru
Bakı
USD
EUR
GBP
RUB

Ermənilər Qazax, Tovuz, Gədəbəy, Tərtər və Ağdam istiqamətində atəşkəsi pozub

news photo

06.01.2019 10:00 // Qarabağ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Youthportal.az xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazaxrayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əsrik Cırdaxan, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin GoranboyXocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Moskvada rekord isti qeydə alınıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi