Ru
Bakı
USD
EUR
GBP
RUB

Erməni silahlı bölmələri mövqelərimizi 82 mm-lik minaatanlardan atəşə tutub

news photo

18.06.2019 10:24 // Qarabağ

Ermənistan silahlı bölmələri cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Youthportal.az-a verilən məlumata görə, erməni silahlı bölmələri Ordumuzun mövqelərinə 82 mm-lik minaatanlardan atəş açıblar.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Kəngərli, Acarlı, Novruzlu, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bölgələrimizdə kitaba maraq artır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi