Ru
Bakı
USD
EUR
GBP
RUB

“Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsi üzrə təlimlər davam edir (FOTO)

news photo

18.03.2019 11:42 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsinin təlimləri davam edir.

Youthportal.az xəbər verir ki, Gənclər Fondunun XI qrant müsabiqəsi çərçivəsində  C kateqoriyası üzrə qalib seçilmiş “Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsinin 16 mart 2019-cu il tarixində beşinci təlimi keçirilmişdir. Layihə rəhbəri Gülarə Əliyeva giriş sözü ilə təlimi açıq elan etmiş və iştirakçılara layihə haqqında məlumat vermişdir.  Layihənin beşinci təlimi "Sinxron və ardıcıl tərcümə" mövzusunda keçirilmişdir. Təlimçi Aynur Məmmədova şifahi tərcümənin formaları : sinxron və ardıcıl tərcümə haqqında məlumat vermiş ,sinxron tərcümənin tarixindən bəhs etmişdir. Sinxron tərcümə zamanı istifadə olunan texniki avadanlıqlar, sinxron tərcüməçinin hazırlığı, ardıcıl tərcümə zamanı tərcüməçinin qeydgötürmə vərdişləri haqqında danışmışdır.Daha sonra təlimə dəvət edilmiş ərəb və fars dilləri üzrə sinxron və ardıcıl tərcümə üzrə peşəkar tərcüməçi Mais Ağaverdiyev öz şəxsi təcrübələrindən danışmış, ərəb dili üzrə sinxron və ardıcıl tərcümə zamanı tərcüməçinin diqqət etməli olduğu nüanslar, ərəb dilindən-azərbaycan dilinə tərcümə zamanı ifadələrin işlənməsi haqqında məlumat verilmişdir. Təlimin ikinci yarısında iştirakçılara şifahi tərcümə üzrə tapşırıq verilmiş , qruplar şəklində iştirakçılar onlara verilmiş tapşırıqları ərəb-azərbaycan dilləri üzrə şifahi tərcümə etmişdirlər. Sonda iştirakçılar sertifikatla təltif olunmuşdur .

Layihə üzrə beşinci təlim Azərbaycan Dillər Universitetinin əsas binasında keçirilmişdir.

 

Qeyd edək ki, layihənin əsas məqsədi ərəb dili üzrə tərcüməçi kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan, bu sahədə təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən gənc ərəbdilli tərcüməçilərin biliklərinin artırılmasıdır.Layihə çərçivəsində növbəti təlimdə "Tərcümə peşəsi və peşəkar tərcüməçi", " mövzusu üzrə təlim keçiriləcəkdir.

Layihəyə tərəfdaş təşkilat Azərbaycan Ərəbşünaslar Şəbəkəsidir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi