Ru
Bakı
USD
EUR
GBP
RUB

“Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsi üzrə təlimlər davam edir (FOTO)

news photo

12.03.2019 14:56 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsinin təlimləri davam edir.

Youthportal.az xəbər verir ki, Gənclər Fondunun XI qrant müsabiqəsi çərçivəsində  C kateqoriyası üzrə qalib seçilmiş “Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsinin 10 mart 2019-cu il tarixində dördüncü təlimi keçirilmişdir. Layihə rəhbəri Gülarə Əliyeva giriş sözü ilə təlimi açıq elan etmiş və iştirakçılara layihə haqqında məlumat vermişdir. Layihənin dördüncü təlimində "Tərcümə prosesində yaranan çətinliklər" mövzusunda təlim keçirildi.Təlimçi Aynur Məmmədova əvvəlcə iştirakçılar arasında sorğu apararaq iştirakçılardan tərcümədə hansı hallarda çətinliklərlə rastlaşdıqlarını, belə vəziyyətlərdən hansı çıxış yollarından istifadə etdiklərini öyrənmişdir. Daha sonra yazılı və sinxron tərcümə prosesində yarana biləcək çətinliklərdən və bu zaman həll üçün istifadə olunan üsullardan məlumat vermişdir.Təlimə dəvət olumuş peşəkar tərcüməçi Mais Babayev öz təcrübələrini bölüşmüş,tərcüməçilərin üzləşdikləri çətinliklərdən bəhs etmiş, tərcümə prosesində yaranmış problemləri necə həll edilməsini, tərcüməçi üçün lazım olan əsas proqram təminatları haqqında məlumat vermişdir.Təlimin ikinci yarısında iştirakçılarla qrup işi təşkil edildi. Sonda sual-cavab mərhələsində iştirakçılar öz suallarını təlimçilərə ünvanladılar.

Qeyd edək ki, layihənin əsas məqsədi ərəb dili üzrə tərcüməçi kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan, bu sahədə təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən gənc ərəbdilli tərcüməçilərin biliklərinin artırılmasıdır.Layihə çərçivəsində növbəti təlimlərdə "Tərcümə peşəsi və peşəkar tərcüməçi", "Sinxron və ardıcıl tərcümə" mövzuları üzrə təlimlər keçiriləcəkdir.

Layihəyə tərəfdaş təşkilat Azərbaycan Ərəbşünaslar Şəbəkəsidir.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Atəşkəs 18 dəfə pozuldu

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi