Ru
Bakı
USD
EUR
GBP
RUB

“Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsi üzrə təlimlər davam edir (FOTO)

news photo

11.03.2019 11:14 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsinin təlimləri davam edir.

Youthportal.az xəbər verir ki, Gənclər Fondunun XI qrant müsabiqəsi çərçivəsində  C kateqoriyası üzrə qalib seçilmiş “Ərəbdilli gənc tərcüməçilər üçün tərcümə məktəbi” layihəsinin 9 mart 2019-cu il tarixində üçüncü təlimi keçirilmişdir. Layihə rəhbəri Gülarə Əliyeva giriş sözü ilə təlimi açıq elan etmiş və iştirakçılara layihə haqqında məlumat vermişdir. Daha sonra təlimçi Aynur Məmmədova “Ərəb dilinin spesifik quruluşu.Ləhcələr ” mövzusunda təlim keçmiş, iştirakçılara Ərəb dilinin spesifik qurluşu , ləhcə fərqlilikləri barəsində məlumat vermişdir .Dəvət olunmuş peşəkar tərcüməçi "Misir ləhcəsi" kitabının müəllifi Kəmalə Musayeva “Ərəb ləhcələri və Misir ləhcəsi” mövzusunda danışmış, iştirakçılara ərəb dilində ləhcə fərqliliyi, Misir ləhcəsində işlənən sözlər, Misir dialektinin fonetik , leksik, morfoloji xüsusiyyətləri haqqında məlumat vermişdir. Təlimin ikinci hissəsində iştirakçılar qruplara bölünüb, onlara təqdim olunmuş video əsasında verilmiş tapşırıqları komanda şəklində hazırlamışdırlar.Sonda layihə üzrə təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Layihə Azərbaycan Dillər Universitetinin əsas binasında keçirilmişdir.

Qeyd edək ki, layihənin əsas məqsədi ərəb dili üzrə tərcüməçi kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan, bu sahədə təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən gənc ərəbdilli tərcüməçilərin biliklərinin artırılmasıdır.Layihə çərçivəsində növbəti təlimlərdə "Tərcümə peşəsi və peşəkar tərcüməçi", "Tərcümədə prosesində qarşıya çıxan çətinliklər”, "Sinxron və ardıcıl tərcümə" mövzuları üzrə təlimlər keçiriləcəkdir.Layihəyə tərəfdaş təşkilat Azərbaycan Ərəbşünaslar Şəbəkəsidir.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi