Ru
Bakı
USD
EUR
GBP
RUB

Ənənəvi sınaq imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

news photo

31.03.2017 17:29 // Təhsil

Dövlət İmtahan Mərkəzi 27 may və 11 iyun tarixlərində ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, 27 may və 11 iyun tarixlərində ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində yeni istifadəçi kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib ənənəvi üsulla keçirilən sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Sınaq imtahanlarına yazılış tarixləri barədə əlavə məlumat veriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava proqnozu

Sabah hava buludlu olacaq

Atəşkəs rejimi 23 dəfə pozulub

Sabah qar yağacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi