Ru
Bakı
USD
EUR
GBP
RUB

“Emprik zaman” – “YARAT”da açılacaq növbəti sərgi belə adlanır

news photo

09.12.2019 18:05 // Cəmiyyət

Dekabrın 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində “YARAT” rezidentləri - Janna Qladko (Belarus), Gelare Xoşgözaran (İran/ABŞ), Ritz Monet (İtaliya), habelə Diana Hacıyeva və Şəlalə Salamzadənin (hər ikisi Azərbaycan) əsərlərindən ibarət “Emprik zaman” adlı qrup sərgisi açılacaq.

Youthportal.az xəbər verir ki, sərgi öz ilhamını ümumi mənada “Zəmanənin hökmü” adlı Azərbaycan nağılından götürüb. Bu nağıl, müdrik ilanın canavarlar, qılınclar və insanlıq kimi müxtəlif dövrlərlə bağlı “öncə görmələrindən” yararlanan kasıb bir kişinin hekayəsindən bəhs edir. Kişi zəmanəyə uyğun olaraq, gah fırıldaqçılıq, gah zorakılıq, gah da alicənablıqla məşğul olur. Bu isə belə bir sual doğurur: görəsən biz zaman (zəmanə) və onun tələblərini özümüz yaradırıq, yaxud, bizim davranışımız, yaşadığımız dövrün (zəmanənin) nəticəsidir? Rəssamlar, bizim bölgəmizin keçmişini, tarixini, mifologiyasını və keçmişin bu günə, yəni, "indiki zaman" adlandırdığımız dövrə təsirini izləməklə, rezidentura ərzində yaşadıqları şəxsi “empirik zamanı” araşdırırlar.

Rəssamların əsərləri ambivalentlik (ikilik), dönüş, dəyişiklik və birgə mövcudluq anlarını araşdırmaqla yanaşı, insanın mənəvi və rəqəmsal xüsusiyyətlər vasitəsilə gələcəyi öncədən görməklə bağlı fundamental arzularına nəzər salır.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi