Ru
Bakı
USD
EUR
GBP
RUB

Əməkdar jurnalistin yeni kitabı çapdan çıxıb

news photo

27.05.2019 15:30 // Təhsil

Fəlsəfə doktoru, Əməkdar jurnalist, yazıçı-publisist Akif Əlinin “Yaradan” kitabı çapdan çıxıb.

Youthportal.az xəbər verir ki, “Azərbaycan” nəşriyyatında çap edilmiş kitaba müəllifin yaradıcılığa başladığı ötən əsrin 70-ci illərindən ən son dövrlərədək qələmə aldığı elmi, ədəbi-bədii yazılarından seçmələr daxil edilib.

Kitabda hamımızın birgə yaşadığımız son yüzilliyin elmi-bədii inikası, fikir-düşüncə, duyğu və amal təzahürləri var. Müəllifin dediyi kimi, “ən əsası bu topluda Böyük Yaradanın nəfəs verdiyi əbədi Söz ağacından imkanımca bəhrələnə bildiyim bar-bərəkət nişanəsi var”.

Oxucular yeni kitabda Akif Əlinin elmi-publisistik məqalələri, nəsr və dram əsərləri, kino, teleradio ssenariləri və satirik-yumoristik miniatürləri ilə yanaşı, müxtəlif fikir və düşüncələri, deyim və müşahidələri ilə də tanış ola biləcəklər.

Kitabda müxtəlif janrda olan yazıların xronoloji ardıcıllıqla təqdim edilməsi müəllifin ədəbi yaradıcılığının dinamikasını izləməyə imkan verir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi