Ru
Bakı
USD
EUR
GBP
RUB

Əməkdar artist Timur Əsgərov şahzadə Dezire obrazını canlandıracaq

news photo

18.08.2019 14:17 // Cəmiyyət

Noyabrın 10-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Pyotr Çaykovskinin “Yatmış gözəl” baleti nümayiş etdiriləcək.

Youthportal.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində şahzadə Dezire obrazını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

Tamaşanın Mariya Teatrında premyerası 1890-cı ildə Marius Petipanın xoreoqrafiyasında olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Atəşkəs 22 dəfə pozulub

Bazar günü 22 dərəcə isti olacaq

“İradənlə qalib gəl!”

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi