Ru
Bakı
USD
EUR
GBP
RUB

“Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının yeni nömrələri nəşr olunub

news photo

21.05.2019 17:44 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının növbəti nömrələri çapdan çıxıb.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, “Əlyazmalar yanmır” elmi məqalələr toplusunun bu nömrəsində “Mətnşünaslıq”, “Ədəbiyyatşünaslıq”, “Mənbəşünaslıq”, “Tarixşünaslıq”, “Kitabşünaslıq”, “Dilçilik”, “Keçmişdən gələn səslər” və “Yubileylər” rubrikaları yer alır. Bu nömrədə professor Paşa Kərimovun, filologiya üzrə elmlər doktoru Kamandar Şərifovun və bir çox tədqiqatçıların məqalələri dərc olunub.

“Elmi əsərlər”in bu nömrəsində yer alan məqalələr isə ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq, kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiyaşünaslıq sahələrini əhatə edir. Mövzular üzrə yerli, həmçinin Rusiya, Belarus, Özbəkistan və Ukraynadan olan tədqiqatçıların araşdırmaları bu nömrədə təqdim olunur.

Qeyd edək ki, hər iki jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi