Ru
Bakı
USD
EUR
GBP
RUB

“Əlyazmalar yanmır” beynəlxalq elmi jurnalının ingilis dilində xüsusi buraxılışı nəşr edilib

news photo

15.11.2019 16:04 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ildə dörd dəfə nəşr etdiyi “Əlyazmalar yanmır” beynəlxalq elmi jurnalının ingilis dilində xüsusi buraxılışı çapdan çıxıb.

Bu barədə Youthportal.az-a Əlyazmalar İnstitutundan məlumat veriblər. İnstitutda aparılan tədqiqat işlərini beynəlxalq elmi ictimaiyyətə tanıtmaq məqsədilə nəşr olunan xüsusi buraxılışda yer alan məqalələr mətnşünaslıq, ədəbiyyatşünaslıq, folklor, paleoqrafiya, tarix və digər sahələri əhatə edir.

Jurnalın bu nömrəsində dərc olunan məqalələr “XIV əsr ümumtürk abidəsi “Qəribnamə” və onun Azərbaycan əlyazması”, “XII əsrin xalq qəhrəmanı Qara Məlik”, “Vahid Qəzvini və onun türkcə divanı”, “Erməni biblioklazmının qısa tarixi”, “Vəqf olunmuş əlyazmalar” və s. sərlövhələr altındadır.

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi