Ru
Bakı
USD
EUR
GBP
RUB

Əlyazmalar İnstitutunun “Elmi əsərlər” jurnalının növbəti nömrəsi çapdan çıxıb

news photo

15.11.2019 18:41 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Elmi əsərlər” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, jurnalda “Ədəbiyyatşünaslıq” və “Elmi tədqiqatların informasiya təminatı” bölmələri üzrə məqalələr, institutda keçirilən mühüm tədbirlər, əldə edilən nailiyyətlər, eləcə də nəşr olunan kitablar haqqında məlumatlar yer alır.

Jurnalda mətnşünaslıq, mənbəşünaslıq və folklorşünaslıq üzrə “Qurbani” dastanı və onun variantları, “Tariximiz böyük ədibin araşdırmalarında”, “İqdam” qəzetinin nəşri tarixi və strukturunun təhlili”, kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiyaşünaslıq üzrə “Kitabxanaların fəaliyyətində müxtəlif istiqamətli innovasiyaların tətbiqi”, “Milli biblioqrafiyanın yaradılması tarixindən: elmi-nəzəri araşdırma” və digər sərlövhəli araşdırmalar dərc olunub.

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi