Ru
Bakı
USD
EUR
GBP
RUB

Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

news photo

04.12.2019 11:21 // Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

İnstitutdan Youthportal.az-a bildiriblər ki, Türkdilli əlyazmaların tədqiqi şöbəsində baş elmi işçi 1 yer, Əlyazmaların və əski çap kitabların tərcüməsi şöbəsində baş elmi işçi 1 yer, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsində baş elmi işçi 1 yer vəzifələri vakant yerlərdir.

Müsabiqədə uyğun ixtisaslar üzrə ali təhsili olan və mühüm elmi tədqiqatlar aparan, müvafiq elm sahələri üzrə elmlər doktoru alimlik dərəcəsi olan və elmi nəticələri nüfuzlu jurnallarda dərc edilən, sahə üzrə iş təcrübəsi olan ixtisaslı mütəxəssislər iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, bu gündən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 26, II mərtəbə, 30-cu otaq. Kadrlar şöbəsi. Telefon: (+99412) 505 68 93.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi