Ru
Bakı
USD
EUR
GBP
RUB

Əlil idmançılar arasında stolüstü oyunlar üzrə V Ümumrespublika yarışları start götürür

news photo

24.10.2017 15:49 // İdman

<p>“2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq əlil idmançıların stolüstü oyunlar üzrə V Ümumrespublika yarışları keçiriləcək.</p>

<p>Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindəverilən məlumata görə, əlil idmançılar arasında Ümumrespublika yarışları üç ildən bir təşkil olunur və yarışların keçirilməsində məqsəd əlilliyi olanların və sağlamlıq imkanları məhdud gənclərin idmana, o cümlədən stolüstü oyunlara maraqlarının dolğun şəkildə təmin olunması, bacarıqlarının üzə çıxarılması və dəstəklənməsi, onların arasında sağlam həyat tərzinin təbliği, cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılmasıdır.</p>

<p>Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə yarışların təşkili üzrə təşkilat komitəsinin və hakimlər heyətinin tərkibi təsdiq olunub. Yarışların idmanın nərd, dama, şahmat, stolüstü tennis, qol güləşi (armrestlinq) növləri üzrə və iki mərhələdə - zona və final turnirlərindən ibarət olmaqla təşkil edilməsi qərara alınıb. İlk zona türnirinin oktyabrın 27-də Xaçmaz rayonunda təşkil olunması nəzərdə tutulub. Zona turnirlərində fərqlənənlər IV Ümumrespublika yarışlarının final mərhələsində iştirak hüququ qazanacaq və 3 dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində yarış qaliblərinə mükafatlar təqdim olunacaq. Yarışlarda respublikanın ayrı-ayrı bölgələrində yaşayan və yarışlarda iştirak etmək arzusunda olan ümumilikdə 800 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq iştirak edəcək.</p>

Digər xəbərlər

Xəbər lenti

Sabah yağış yağacaq

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Atəşkəs 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi