Ru
Bakı
USD
EUR
GBP
RUB

Əli Həsənov: Könüllülük fəaliyyəti Azərbaycan gənclərinin potensialının üzə çıxarılması və səmərəli istifadəsi üçün əlverişli imkanlar yaradır

news photo

12.02.2019 20:38 // Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif toplantılarda və ictimaiyyətlə görüşlərində könüllülük fəaliyyətinin cəmiyyət üçün müsbət rolundan və əhəmiyyətindən dəfələrlə bəhs edib. Dövlət başçısı fevralın 1-də Gənclər Gününə həsr olunmuş respublika toplantısındakı nitqində bu məsələnin üzərində xüsusi dayanıb. O, Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatını alqışladığını bildirib, dövlət təşkilatlarına və özəl sektora gənc könüllülərin işə cəlb edilməsini tövsiyə edib. Azərbaycan Prezidenti vurğulayıb ki, könüllü fəaliyyət cəmiyyətdə xeyirxahlığı, yeni davranış qaydalarını təbliğ edir, dövlət qurumlarına və özəl təşkilatlara öz funksiyalarını daha səmərəli yerinə yetirməyə imkan yaradır. Eyni zamanda, müxtəlif qurumlarda könüllü fəaliyyətə cəlb olunmuş gənclər yaxşı təcrübə qazanır və onların əldə etdikləri bilik və bacarıqlar gələcəkdə peşəkar kadr ehtiyatının formalaşmasına öz töhfəsini verə bilər.

Youthportal.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook sosial şəbəkəsindəki səhifəsində könüllülük fəaliyyətinin əhəmiyyəti haqqında statusunda bildirib.

Prezidentin köməkçisi deyib: “Əlbəttə, könüllü şəkildə dövlətə, ictimai maraqlara təmənnasız xidmət göstərmək saf niyyətdən doğan çox nəcib bir əməldir və hər cür alqışa layiqdir. Eyni zamanda, könüllü fəaliyyət gənclərə öz potensialını üzə çıxarmağa, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Bütün bunlar nəzərə alınaraq, hələ 2009-cu ildə Azərbaycanda könüllülük fəaliyyəti sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi məqsədilə “Könüllü fəaliyyət haqqında” Qanun qəbul edilib. Hamımız Bakıda keçirilmiş “Avroviziya” müsabiqəsi, birinci Avropa Oyunları, dördüncü İslam Həmrəyliyi Oyunları və Formula 1 yarışları zamanı minlərlə yeniyetmə və gəncin həmin beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində mühüm rol oynadığını yaxşı xatırlayırıq. Bu sahədə bir sıra dövlət təşkilatlarının və ictimai qurumların, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qızıl Aypara Cəmiyyətinin müsbət təcrübəsi var.

Son zamanlar digər dövlət orqanları da könüllülük proqramları ilə çıxış etməyə başlayıblar. Yaxşı olardı ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, özəl və ictimai sektor, o cümlədən kütləvi informasiya vasitələri də bu prosesə fəal qoşulsun. Eyni zamanda, bütün vətəndaşlarımızı, xüsusilə də gəncləri könüllülər hərəkatında yaxından iştirak etməyə çağırırıq”.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi