Ru
Bakı
USD
EUR
GBP
RUB

Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək

news photo

14.06.2019 11:04 // Cəmiyyət

Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının vahid sənəd halında birləşdirməyi nəzərdə tutur. Bu yenilik reallaşdıqdan sonra elektron qaimə-fakturaların üzərində “Elektron vergi hesab-fakturası” yazılmayacaq.

Nazirliyin Media və kommunikasiya mərkəzindən Youthportal.az-a bildirilib ki, elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının birləşdirilməsi təşəbbüsü sahibkarlarla keçirilən görüşlərin nəticəsində ortaya çıxıb. Həmin təkliflərin artıq bir qismi nəzərə alınıb və texniki sifarişlər əsasında elektron qaimə-fakturaların təkmilləşdirilməsi həyata keçirilir.

Qeyd olunub ki, növbəti illərdə elektron qaimə-faktura və elektron vergi hesab-fakturalarının birləşdirilməsi ilə yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fəqləndirilməsi də nəzərdə tutulur.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi