Ru
Bakı
USD
EUR
GBP
RUB

Elektron imza sertifikatının onlayn sifarişi sadələşdirilib

news photo

31.10.2017 19:25 // Cəmiyyət

Milli Sertifikat Xidmətləri Mərkəzi Azərbaycanın ayrı-ayrı bölgələrindən edilən müraciətləri nəzərə alaraq Elektron-imzanı əldə etmək üçün onlayn müraciət sistemini daha da sadələşdirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, vətəndaşlar, fiziki və hüquqi şəxslər Elektron imza sertifikatını Qeydiyyat Mərkəzlərinə getmədən “Elektron hökumət” portalından yaxud e-imza.az saytından onlayn müraciət edərək sifariş edə bilərlər.

Bunun üçün ilk növbədə “Elektron hökumət”portalına (www.e-gov.az) daxil olub "E-xidmətlər" menyusundan “Bütün xidmətlər” bölməsini seçmək lazımdır.

Sonra qurumların içərisindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi seçilir və xidmətlər arasından “Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi” xidməti seçilir.

Açılan səhifədə E-müraciət üçün müqavilə şərtləri ilə tanış olub, səhifənin aşağı hissəsində «İstifadəçi qaydalarını qəbul edirəm» xanasını işarələyib, «DAVAM ET» düyməsini sıxmaq lazımdır.

Daha sonra “FİN məlumatlarını” gətir xanasını seçməklə, FİN-ə uyğun məlumatlar avtomatik olaraq tamamlanacaq.

Digər tələb olunan xanalar tamamlandıqdan sonra elektron imza sertifikatının daşıyıcısını seçib, (USB-token, Smart Kart) “təsdiqləyin” düyməsini sıxmaqla müraciəti göndərmək mümkündür.

Qeyd edək ki, vətəndaş sifariş etdiyi elektron imza sertifikatını "Azərpoçt" MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərindən ala bilər. Bu Qeydiyyat Mərkəzləri Bakı şəhərində və Respublikanın bütün regionlarında mövcuddur.

Sertifikatı götürmək üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması vacibdir.

Qeyd edək ki, hazırda Milli Sertifikat Xidmətləri Mərkəzi Elektron imza sertifikatını 2 daşıyıcıda təqdim edir.

Smart Kart daşıyıcıda – Elektron imza sertifikatları kartda təqdim olunur.

USB daşıyıcıda – Elektron imza sertifikatları USB formasında olan (fləş karta oxşar) Tokenlər vasitəailə təqdim olunur.

Elektron imza sifariş edən vətəndaş sifariş edəcəyi sertifikat daşıyıcını müəyyənləşdirdikdən sonra (Smart Kart, yaxud USB token) birini seçib, ödəniş edərək müraciətini göndərir.

Onu da qeyd edək ki, Smart Kartı seçmiş vətəndaş kart oxuyucunu da həmin səhifədən sifariş edə bilər. USB Token isə kompyuterə birbaşa qoşulduğundan kart oxucuya ehtiyac yoxdur.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi