Ru
Bakı
USD
EUR
GBP
RUB

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı başa çatıb (FOTO)

news photo

07.10.2019 13:11 // Cəmiyyət

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə paytaxtımızda keçirilən “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının təntənəli bağlanış mərasimi olub.

Qoruq İdarəsindən Youthportal.az-a bildirilib ki, “Nəsimi ili”nə həsr olunan və 35 İslam dövlətindən nümayəndələrin iştirak etdiyi festivalda bədii sənətkarlıq və maddi-mədəniyyət inciləri təbliğ olunub. Festival çərçivəsində “İnkişafda olan incəsənətin perspektivləri və İslam dünyasının sənətkarlığına dair” Bakı Beynəlxalq Konqresi, “Əl işləri sahəsində novatorlar üçün Bakı Beynəlxalq Mükafatı” adlı müsabiqə və “Sənətkarlar iş başında” adlı beynəlxalq sərgi keçirilib.

Bağlanış mərasimində IRCICA-nın rəsmisi Nəzif Taleh Maaruf, Qoruq İdarəsinin Muzey mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova çıxış edərək bu kimi beynəlxalq tədbirlərin ölkəmizin tarixi və mədəni dəyərlərinin qorunması və beynəlxalq arenada təbliği istiqamətindəki əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, festival ərəfəsində təşkil olunan müsabiqədə miniatür sənəti, ornament, qızılişləmə və cildləmə, xalça və kilimlər, milli geyimlər və naxışlar, qızıl və gümüş artefaktlar daxil olmaqla metalişləmə sənəti, dulusçuluq və keramika, taxta işi, kağızdan əl işləri, stukko rəngli şüşə və batika sənəti, saman, tikar, səbət, dəri, sədəf işi, bambuk ağacı üzrə sənət sahələri kimi 10 istiqamət üzrə ümumilikdə 100 sənətkar iştirak edib.

Mərasimin sonunda qalib iştirakçılara sertifikatlar, müxtəlif hədiyyələr təqdim olunub.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi