Ru
Bakı
USD
EUR
GBP
RUB

Eksternat imtahanları verənləri nəzərinə: sənəd qəbuluna bir gün qalıb

news photo

20.12.2018 13:04 // İdman

Tam orta təhsil səviyyəsi (XI sinif) üzrə eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat dekabrın 21-də başa çatır. Qeydiyyat və sənəd qəbulu saat 14:00-dan 17:30-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılır.

BŞTİ-dənYouthportal.az-a bildiriblər ki, ərizələri idarə tərəfindən qəbul edilmiş eksternlər dekabr 27-də və 28-də saat 10.00-dan 16.00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Eksternat imtahanları 2019-cu il yanvarın 7-də və 8-də paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə buraxılış imtahanı verərək həmin səviyyə üzrə müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi