Ru
Bakı
USD
EUR
GBP
RUB

“Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihə çərçivəsində “Yaşıl həyat” mövzusunda rəsm müsabiqəsi keçirilimişdir

news photo

22.12.2017 18:09 // Cəmiyyət

21 dekabr 2017-ci il tarixdə Xətai rayon 257 № li tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 257 № li tam orta məktəbin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrand müsabiqəsinin qalibi rayon gənci Aynur Orucovanın “Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihəsi çərçivəsində “Yaşıl həyat” mövzusunda canlı rəsm müsabiqəsi keçirilmişdir.

Youthportal. az xəbər verir ki, tədbirdə Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, 257 № li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Kamilə Kərimova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevinc Kərimova və layihə rəhbəri Aynur Orucova iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov son illər ekoloji problemlərin həlli istiqamətində dövlət tərəfindən görülən işlər haqqında danışmış və bu kimi layihələrin gənclərin ekoloji marifləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Sonra çıxış edən layihə rəhbəri Aynur Orucova iştirakçılara layihənin əsas məqsədi haqqında məlumat vermişdir.

Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevinc Kərimova müsabiqə iştirakçılarına layihənin keçirilmə qaydaları və mövzu haqqında ətraflı məlumat vermişdir.

Çıxışlardan sonra müsabiqəyə start verilmişdir. Müsabiqədə ümumilikdə 20 nəfər uşaq, yeniyetmə və gənc iştirak etmişdir.

“Yaşıl həyat” mövzusu üzrə keçirilən müsabiqənin nəticələrinə görə Əmirli Gülxanım Rövşən qızı I yeri, Zeynalova Nigar Zaur qızı II yeri, Şirəliyeva Fatimə Azad qızı III yeri tutmuşlar. Müsabiqənin qalibləri diplom və xatirə hədiyyələri ilə digər iştirakçılar isə sertifikatla mükafatlandırılmışlar.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi