Ru
Bakı
USD
EUR
GBP
RUB

Ehtiyat zabit hazırlığı kursuna psixoloqlar da qəbul olunur

news photo

04.03.2019 17:12 // Siyasət

Martın 4-dən Müdafiə Nazirliyinin hərbi hissələrində həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən, müddətli həqiqi hərbi xidməti başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlardan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasında sənəd qəbulu başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələri müəyyən edilmiş vətəndaşlar fiziki hazırlıq, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanlara buraxılacaq.

Hərbi hissələrdə vakant hərbi psixoloq vəzifələrinə təyin olunmaq məqsədilə psixoloq ali təhsili olan vətəndaşlara da kursa müraciət etmələri təklif olunur.

Kursu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

Ehtiyat zabit hazırlığı kursuna qəbul martın 27-dək davam edəcək.

Müraciət etmə ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi).

Martın 4-dən 27-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 17.00-dək qəbul komissiyasına müraciət etmək olar. Əlaqə telefonu: (012) 538-85-62.

Məhkumluğu olan hərbi vəzifəlilərin ehtiyat zabit hazırlığı kursuna qəbul üçün müraciət etməmələri xahiş olunur.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi