Ru
Bakı
USD
EUR
GBP
RUB

Əfsanəvi “Beryozka” ansamblı Bakıda konsert verəcək

news photo

18.09.2019 19:08 // Cəmiyyət

Nadejda Nadejdinoy adına “Beryozka” Dövlət Akademik Xoreoqrafiya Ansamblı Heydər Əliyev Sarayında konsert verəcək.

Youthportal.az xəbər verir ki,  oktyabrın 11-də reallaşacaq konsertdə əfsanəvi ansambl tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edəcək.

Tamaşaçılar “Beryozka” ansamblının ifasında Nadejda Nadejdinoy və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar.

Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi