Ru
Bakı
USD
EUR
GBP
RUB

Efiopiya Çinin dəstəyi ilə ilk peykini 2019-cu ildə orbitə buraxacaq

news photo

29.11.2018 18:10 // Dünyada

Efiopiya 2019-cu ilin sentyabrında Çinin maliyyə və texniki dəstəyi ilə ilk müşahidə peykini orbitə buraxacaq.

Youthportal.az yerli mətbuata istinadla xəbər verir ki, peykin layihələndirilməsi və orbitə buraxılması 8 milyon dollar dəyərindədir. Bu məbləğin 6 milyon dollarını Çin tərəfi ayıracaq. Çindən orbitə buraxılacaq peykin idarə mərkəzi Efiopiyada yerləşəcək.

Qeyd edək ki, Efiopiya hökuməti kosmik sahənin inkişafı məqsədilə 2016-cı ildə Əddis-Əbəbə Universitetinin nəzdində Kosmik Elm və Texnika İnstitutu yaradıb.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi