Ru
Bakı
USD
EUR
GBP
RUB

“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib

news photo

15.11.2019 17:21 // Cəmiyyət

“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib.

Youthportal.az AZƏRTAC istinadla xəbər verir ki, müsabiqənin qayda və şərtlərinə görə hekayənin həcmi 1500 (min beş yüz) sözdən çox olmamalıdır. Hekayələrin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur. Çap olunmuş hekayələr qəbul edilmir. Hekayələr elektron şəkildə edibinevi@gmail.com  və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 2020-ci il aprelin 1-dək göndərilməlidir.

Qaliblər Xalq yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı və ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2020-ci ilin may ayında mükafatlandırılacaqlar. Birinci yerin qalibinə 3 min, ikinci yerin qalibinə (iki mükafat) 2 min, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul veriləcək.

Qeyd edək ki, Mir Cəlal XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin başladığı hekayəçilik ənənələrinin ən uğurlu davamçısı kimi Azərbaycan ədəbiyyatında kiçik hekayə ustası adını qazanmışdır. “Ədibin Evi” hekayə janrının inkişafına töhfə vermək məqsədilə Mir Cəlal adına hekayə müsabiqəsi təşkil edir.

2017-ci ilin sentyabr ayında elan olunmuş birinci hekayə müsabiqəsinə 165-i məktəbli, 20-si əcnəbi vətəndaş olmaqla 389 nəfər iştirakçı tərəfindən 6 dildə hekayə təqdim edilmişdir. Qaliblər 2018-ci ilin may ayında “Ədibin Evi”ndə mükafatlandırılmışlar.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi