Ru
Bakı
USD
EUR
GBP
RUB

Eden Hazard “El Klassiko”nu buraxacaq

news photo

06.12.2019 10:44 // İdman

İspaniyanın “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Eden Hazard “El Klassiko”nu buraxacaq.

Youthportal.az xəbər verir ki, UEFA Çempionlar liqasının qrup mərhələsinin beşinci turunda “Paris Sen-Jermen” komandası ilə matçın 68-ci dəqiqəsində zədələnən 28 yaşlı belçikalı yarımmüdafiəçinin ayağında mikro-qırıq olduğu müəyyənləşib.

Onun 6-8 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. Bu səbəbdən Eden Hazard qarşıdakı bir neçə oyunu, eləcə də, “Barselona” ilə “El Klassiko”nu buraxacaq.

“Barselona” – “Real” qarşılaşması dekabrın 18-də “Nou Kamp”da keçiriləcək.

Qeyd edək ki, Kral klubunun bu yay “Çelsi”dən 100 milyon avroya transfer etdiyi futbolçu cari mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb və cəmi 1 qol vurub.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 24 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi