Ru
Bakı
USD
EUR
GBP
RUB

Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək

news photo

20.02.2019 18:39 // Cəmiyyət

Fevralın 21-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli demokrat yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr edilən tədbir keçiriləcək.

AMEA-dan Youthportal.az-a bildirilib ki, Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən keçiriləcək tədbirdə böyük sənətkarın həyat və yaradıcılığı haqqında məruzələr dinləniləcək.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda daim mübarizə aparıb. Onun dərin humanist məzmuna malik dram və nəsr əsərləri, bədii publisistikası özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.

Digər xəbərlər

Xəbər lenti

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi