Ru
Bakı
USD
EUR
GBP
RUB

Əcnəbi tələbələr Azərbaycan dilini öyrənəcəklər

news photo

10.06.2019 15:16 // Təhsil

Azərbaycan Dillər Universitetində (ADU) “CLS Azərbaycan dili” proqramı çərçivəsində təhsil alacaq əcnəbi tələbələrlə görüş keçirilib. 

Bu barədə Youthportal.az-a universitetdən məlumat verilib.

ADU-nun Amerika Mərkəzinin təşkilatçılığı ilə reallaşan görüşdə rektor Kamal Abdulla Azərbaycan dilinin və mədəniyyətinin zənginliyindən danışıb. Rektor deyib: “Azərbaycan son dərəcə sürətlə inkişaf edən gənc, müstəqil bir dövlətdir. Bu inkişaf hər sahədə özünü göstərir. Həm mədəniyyət, həm iqtisadiyyat, həm də sosial sahədə inkişaf davam edir. Bütün bunlar Azərbaycanın böyük potensialından və bu potensialdan Azərbaycan rəhbərliyinin düzgün istifadə etməsindən xəbər verir. Siz bunun şahidi olacaqsınız. Azərbaycanın müxtəlif bölgələrində yaşayan xalqların birlikdə mehriban şəkildə və qardaşlıq şəraitində yaşadığının şahidi olacaqsınız.”

Əcnəbi tələbələr “CLS Azərbaycan dili” proqramı çərçivəsində 8 həftəlik dərslərdə iştirak edəcəklər. Onlar həm Azərbaycan dilini öyrənəcək, həm də ölkəmizin mədəniyyəti, adət-ənənələri tanış olacaq, eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrini səyahət edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İnstitut işçi axtarır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi