Ru
Bakı
USD
EUR
GBP
RUB

Düyməli telefonlara tələbat artır

news photo

28.11.2018 17:00 // High-tech

Mütəxəssislərin qiymətləndirməsinə görə, iyul-sentyabr aylarında qlobal bazara 380 milyon smartfon tədarük edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% daha azdır. Dünyanın bütün regionlarında azalma müşahidə edilib, Latın Amerikasında isə ən böyük geriləmə qeydə alınıb: 2017-ci illə müqayisədə 7% azalma olub. 

Youthportal.az xəbər verir ki, Çin ən böyük smartfon satış bazarı olaraq qalır, amma burada artıq 5 rüb ardıcıl olaraq mənfi dinamika müşahidə edilir. Rekord nəticə göstərmiş Hindistan smartfon tədarükünə görə ABŞ-ı geridə qoyub. 

"Samsung" şirkəti smartfon brendləri arasında liderliyini qoruyub saxlayır, hərçənd Cənubi Koreya şirkətinin bazar payı artıq 4 rüb ardıcıl azalır. Ən yaxşı artım (73%) "Nokia" brendinə məxsus smartfonlar satan "HMD" şirkətində müşahidə edilib.  

Cari ilin üçüncü rübündə "Feature phone" aparatlarının tədarükü 3% yüksələrək 112 milyona yaxınlaşıb.   Yaxın Şərq və Afrika ölkələrində, həmçinin Hindistanda ucuz düyməli telefonlara yüksək tələbat var: bütün tədarükün 70%-i bu aparatların payına düşür. 

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi