Ru
Bakı
USD
EUR
GBP
RUB

Dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqi açıqlanıb

news photo

03.04.2019 10:00 // Dünyada

Sinqapurun "Singapore Airlines" aviaşirkəti dünyanın ən yaxşı aviaşirkətlər reytinqinə başçılıq edir.

Youthportal.az Trend-ə istinadla xəbər verir ki, reytinq "TripAdvisor" aqreqatı tərəfindən istifadəçilərin qiymətləri əsasında tərtib olunub.

Reytinqdə ikinci və üçüncü yeri Qətərin "Qatar Airways" və Tayvanın "EVA Air" şirkətləri tutub.

İlk onluğa həmçinin ABŞ-ın "Southwest Airlines", Braziliyanın "Azul", Yeni Zelandiyanın "Air New Zealand", Böyük Britaniyanın "Jet2.com" loukosteri və Yaponiyanın "All Nippon Airways" (ANA) şirkəti də daxil olub.

Bundan başqa, sərnişinlər ən yaxşı birinci sinif salonuna görə "Emirates" aviaşirkətini, ən yaxşı biznes sinfi salonuna görə "Qatar Airways"i, ən yaxşı premium-ekonom və ekonom siniflərinə görə isə "Air New Zealand" və "Singapore Airlines" şirkətlərini fərqləndiriblər.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi