Ru
Bakı
USD
EUR
GBP
RUB

Dünyanın ən iri gəmilərindən olan "Cruise Roma"da qəza baş verib

news photo

09.12.2018 15:28 // Dünyada

Porto-Torresdən (Sardiniya bölgəsi, İtaliya) Barselonaya gedən İtaliyaya məxsus "Cruise Roma" sərnişin gəmisi Sardiniya adası sahillərində aşkar edilən nasazlıq səbəbindən yolunu dəyişib.

Youthportal.az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Rai News" telekanalı məlumat yayıb.

Bildirilir ki, göyərtəsində 390 sərnişin olan gəmi sol avar vintinin qırılması səbəbindən Sardiniyanın şimalındakı limanın 1,6 km-də dayanıb. Heyət üzvləri tərəfindən aparılan təmir işlərindən sonra gəmi hərəkəti davam etdirə bilib, lakin komanda İtaliyanın kontinental hissəsində yerləşən Latsio regionundakı Çivitavekkyi şəhərinə istiqamət götürmək qərarına gəlib.

"Grimaldi Lines" şirkətinə məxsus "Cruise Roma" dünyanın ən iri gəmilərindən biridir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi