Ru
Bakı
USD
EUR
GBP
RUB

Dünyanın diqqəti Bakıda! Bu gün Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək

news photo

29.05.2019 10:00 // İdman

Bu gün Bakı Olimpiya Stadionunda (BOS) UEFA Avropa Liqasının final qarşılaşması keçiriləcək.

Youthportal.az xəbər verir ki, Avropanın nüfuzlu final qarşılaşmasını həyəcanla gözləyən azarkeşlər qrup mərhələsində yüksək nəticə göstərən "Çelsi" və "Arsenal" klublarının görüşünü izləyəcəklər.

Yerli vaxtla saat 23:00-da başlayacaq final qarşılaşması hər kəsi futbol bayramı ətrafında birləşdirəcək.

Yarışla əlaqədar bir sıra dövlət qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, azarkeşlərin daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. "Bakı Metropoliteni"nin stansiyaları da futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq. Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ilin mayında futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi