Ru
Bakı
USD
EUR
GBP
RUB

Dünyada avtonom hərəkət edən ilk relssiz elektrik sürət qatarı Çində fəaliyyətə başlayıb

news photo

26.10.2017 12:59 // Dünyada

Çinin Xunan vilayətinin Cucou şəhərində avtonom hərəkət edən relssiz elektrik sürət qatarı test rejimində fəaliyyətə başlayıb.

Youthportal. az " Belta. by " ə istinadla xəbər verir ki, Çinin CRRC dəmiryolu şirkətinin hazırladığı nəqliyyat vasitəsi özündə qatar, avtobus və tramvayın xüsusiyyətlərini cəmləşdirir.

Üç vaqondan ibarət qatarın uzunluğu 32 metr, maksimum sürəti isə saatda 70 kilometrdir. Eyni vaxtda 70-dək sərnişin daşımaq imkanı olan qatar 10 dəqiqədə topladığı enerji ilə 25 kilometr məsafə qət edə bilir. Cucou şəhərində relssiz elektrik qatarlarının hərəkəti üçün hələlik cəmi 3,1 kilometr uzunluğunda xüsusi işarələnmiş yol mövcuddur. Gələn ildən həmin qatarların daimi rejimdə fəaliyyətə başlayacağı bildirilir.

CRRC dəmiryolu şirkətinin mütəxəssisləri hesab edir ki, bu cür nəqliyyat sisteminin ərsəyə gətirilməsi ənənəvi tramvay nəqliyyatı şəbəkəsindən 5 dəfə ucuz başa gəlir.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi