Ru
Bakı
USD
EUR
GBP
RUB

Dünya tarixinin incilərindən "Notre-Dame" kilsəsi (FOTO/VİDEO)

news photo

16.04.2019 13:30 // Dünyada

Parisin, eləcə də dünyanın tarixi incilərindən olan Notr-Dam kilsəsi haqqında sizlərə məlumat vermək istəyirik.

Paris Notr-Dam kilsəsi və ya Paris Məryəm ana kilsəsi — Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsi Fransa paytaxtının başlıca simvoludur. Notr-Dam Paris arxiyeparxiyasının kafedral kilsəsidir. O, Parisin ilk xristian kilsəsi hesab edilən, Müqəddəs Stefan bazilikasının yerində, daha doğrusu Site adasının şərq hissəsində, dördüncü şəhər dairəsində II Jan-Paul meydanında yerləşir. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılmışdır. Kilsə tam bir memarlıq üslubundan deyil, beləki kilsədə həm erkən qotik memarlıq üslübu, həm də XIII əsr qotik memarlıq üslubu cəmlənmişdir. Transeptin hər iki tərəfindəki qızılgül pəncərələri öz həcmlərinə görə Avropada ilk sıradadır və onların diaqramları 13 metrdir. Kilsənin inşası tamamlandığında kilsə qərbin ən böyük kilsələrindən biri olmuşdu. İnqilabi mübarizədən sonra 1844 - 1864-cü illərdə arxitekt Violle-le-Dükün rəhbərliyi altında kilsə restavrasiya olunmuş və kilsə memarlığına yeni motivlər əlavə edilmişdir.

Kilsə yarandığı tarixdən etibarən Parisin ən simvolik memarlıq abidələrindən biri olmuşdur. Öz memarlığı ilə fərqlənən kilsə uzun müddət Paris memarlığında birinciliyi öz əlində saxlayır. Özündə həm dini həm də tarixi motivləri ehtiva edən kilsələr, Fransa tarixinin müəyyən epizodları ilə yaxından əlaqəlidirlər. Beləki, kilsələr 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər Kral kilsəsinə gətirilməsi, 1804-cü ildə Napoleonun tacqoyma mərasimi, Bordo hersoqunun vaftiz edilməsi, Adolf Tier və Sadi Karnonun dəfn mərasimləri kimi tarixi hadisələri özündə cəmləşdirir. 26 avqust 1944-cü ildə Parisin azad edilməsi günündə general Şarl de Qollun hüzurunda Maqnifikat sərgilənir. Dini mərasimlərə 1970-ci il 12 noyabrda Şarl de Qollun ölümü, 1974-cü il 6 apreldə Jorj Pompidunun ölümü və 1996-cı il 11 yanvarda Fransua Mitteranın ölümü kimi hadisələr daxildir.

Dahi fransız yazıçısı Viktor Hüqonun eyniadlı tarixi romanı sayəsində kafedral dünyanın ən tanınmış abidəsinə çevrilir.

Bu kilsəni il ərzində 20 milyondan çox insan ziyarət edir. Bu ziyarətçi sayı kilsəni Parisin və bütün Avropanın ən çox ziyarət edilən məkanına çevirir. 2013-cü ildə kilsənin tikintisinin başlanmasının 850 illik yubileyi qeyd edilmişdir. Dünyanın mədəniyyət incisi adlandırılan, 856 illik Notr-Dam-de-Paris kilsəsi 2019-cu il 15 aprel tarixində yanğın nəticəsində məhv olmuşdur.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İnstitut işçi axtarır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi