Ru
Bakı
USD
EUR
GBP
RUB

Dünya Skaut Hərəkatı Təşkilatının Dünya Komitəsinin (İdarə Heyəti) iclası Bakıda keçiriləcək

news photo

30.09.2015 17:00 // Cəmiyyət

Youthportal.az Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,02 – 04 oktyabr 2015-ci il tarixlərdə Ümumdünya Skaut Hərəkatı Təşkilatının Dünya Komitəsinin (İdarə Heyəti) iclası Bakıda keçiriləcək. İclasdsa Dünya Skaut Komitəsinin bütün üzvləri iştirak edəcəklər. İclas zamanı təşkilatın cari fəaliyyəti ilə bağlı müzakirələrin aparılması və mühüm qərarların qəbul edilməsi nəzərdə tutulub. Bundan başqa Dünya Skaut Komitəsinin üzvləri 2017-ci ilin avqust ayında Azərbaycanda təşkil olunacaq 13-cü Dünya Skaut Gənclər Forumunun və 41-ci Dünya Skaut Konfransının keçiriləcəyi məkanlarla və təşkilati işlərin gedişatı ilə tanış olacaqları gözlənilir.

41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumunun 2017-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı 30 sentyabr 2015-ci il tarixdə saat 17.00-da “Holiday İnn” mehmanxanasında Azərbaycan Skautlar Assosiasiyası və Dünya Skaut Hərəkatı Təşkilatı arasında Anlaşma Memorandumu imzalanacaqdır.

İmzalanma Dünya Skaut Hərəkatı Təşkilatının Dünya Skaut Komitəsinin Azərbaycanda və həmçinin, Avrasiya Skaut regionunda ilk dəfə keçiriləcək iclasdan öncə baş verəcəkdir. İmzalanmadan sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçiriləcəkdir. Dünya Skaut Komitəsinin iclası ildə iki dəfə keçirilir.

Qeyd edək ki, 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu Avrasiya regionunda ilk dəfə 2017-ci ildə məhz Azərbaycanda keçiriləcəkdir. Hər iki tədbirin keçirilməsinə 2013-cü ildən Azərbaycan Skautlar Assosiasiyası tərəfindən beynəlxalq səviyyədə aparılmış düzgün təbliğat və təşviqat kampaniyasının nəticəsində nail olunmuşdur. Belə ki, 2014-cü ildə Sloveniyada keçirilmiş 40-cı Ümumdünya Skaut Konfransında Azərbaycan səs çoxluğu ilə Malayziya Skaut Təşkilatına qalib gəlmişdir.

Dünya Skaut Konfransı Dünya Skaut Hərəkatı Təşkilatının Baş Assambleyasıdır və 3 ildən bir keçirilir. Həmin konfransda 165 ölkədən 1200-dən çox skaut iştirak edir.

Azərbaycan Skautlar Assosiasiyası (bundan sonra “ASA”) 19 dekabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində İctimai Birlik kimi qeydiyyata alınmışdır. ASA 20 avqust 2000-ci il tarixdə dünyanın ən böyük gənclər hərəkatına - Dünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzvlüyə qəbul olunmuşdur. Azərbaycan Skautlar Assosiasiyası Avrasiya Skaut Regionuna aiddir. Bu regiona MDB ölkələri və Gürcüstan daxildir.

ASA-nın əsas məqsədi uşaq və gənclərin layiqi vətəndaş kimi formalaşdırmaq, onları qeyri-formal təhsil üsullar vasitələri ilə maarifləndirmək, asudə vaxtlarını səmərəli təşkil edilməsi üçün tədbirlər görmək və onların fərdi inkişafını təmin etməkdir. ASA əsas beş fərdi inkişaf istiqaməti üzrə fəaliyyətini qurur: zehni, mənəvi, intellektual, fiziki və sosial.

Dünya skautların devizi: “Hazır Ol”-dur. Azərbaycan Skautlar Assosiasiyası 1997-ci ildən bu günə kimi onlarla beynəlxalq düşərgə, seminar və konfranslar təşkil edib. Eyni zamanda, ASA-nın üzvləri Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Qazaxıstan, Tajikistan, Macarıstan, Avstriya, İsveçrə, Belçika, Finladiya, Norveç, İsveç, Danimarka, ABŞ, Birləşmiş Krallığ, Braziliya, Yaponiya, Misir, Tunis, Svazilend, Saudiyyə Ərəbistan, Yunanıstan, İtaliya, Türkiyə, BƏƏ, Çex Respublikası, İtaliya, Fransa, Sloveniya, Polşa, Oman, İndoneziya, Tayland, Şri Lanka, Malaziya, Almaniya, Braziliya, Honkonq, Koreya və digər ölkələrdə keçirilmiş beynəlxalq nüfuzlu tədbirlərdə Azərbaycanı təmsil etmişlər.

Azərbaycan Skautların ümumi sayı 1600-dan çox təşkil edir. Üzvlər əsasən Bakı, Sumqayıt, İsmayıllı, Qax, Göygöl, Şəki, Şəmkir, Mingəçevir, Xaçmaz, Zaqatala, Gəncə, Biləsuvar və Salyan gənclərini əhatə edir. ASA-nın strateji prioritetləri Azərbaycanın bütün bölgələrində skaut hərəkatını inkişaf etdirmək, 2017-ci ilin sonuna qədər 10000-ə qədər üzvlüyü çatdırmaq, sistemli liderlik məktəbini yaratmaq və üzvlər üçün maraqlı gənclər proqramını yaratmaqdır.

ASA-nın Norveç, Polşa, Gürcüstan, Rusiya və Türkiyə skaut təşkilatları ilə əməkdaşlıq sazişləri mövcuddur. ASA eyni zamanda Afrika Skaut Fondunun platinum üzvüdür və Afrikada Skaut hərəkatına dəstək olan yeganə Avrasiya Skaut Regionundan olan milli skaut təşkilatıdır. Azərbaycan Skautlar Assosiasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə sıx əməkdaşlıq edir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

“Könüllülük Sərhəd Tanımır!” (FOTO)

Faktiki hava şəraiti açıqlandı

"WhatsApp"da daha bir yeni funksiya

Atəşkəs rejimi 22 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi