Ru
Bakı
USD
EUR
GBP
RUB

“Dünya gözəli-2018” yarışmasının qalibi məlum olub

news photo

09.12.2018 11:00 // Dünyada

Çinin Sanya şəhərində keçirilən “Dünya gözəli-2018” müsabiqəsinin qalibi bəlli olub.

Youthportal.az xəbər verir ki, bu titula Meksikadan Vanessa Ponse layiq görülüb. İkinci yeri isə taylandlı Nikolin Piçapa tutub.

Üç saat davam edən final mərhələsində 30 namizəddən 5 ölkənin (Belarus, Meksika, Tayland, Uqanda və Yamayka) modeli fərqlənib.

Vanessanın tacını keçən il qalib olan hindistanlı Manuşi Çhillar təqdim edib.

Xatırladaq ki, “Dünya gözəli” beynəlxalq yarışması ilk dəfə 1951-ci ildə keçirilib. Bu il keçiirlən yarışmada isə 18-26 yaş arası dünyanın 118 ölkə və regionundan qızlar iştirak edib. “Dünya gözəli” yarışması 2011-ci ildən Sanya şəhərində keçirilir.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi