Ru
Bakı
USD
EUR
GBP
RUB

Dünya çempionatında daha dörd sərbəst güləşçimizin ilk rəqibi müəyyənləşib

news photo

19.09.2019 17:41 // İdman

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Youthportal.az xəbər verir ki, yeddinci yarış günündə - sentyabrın 20-də sərbəst güləş üzrə 70, 74, 92 və 125 kiloqram çəki dərəcələrində mübarizəyə start veriləcək.

Sentyabrın 19-da həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Ağahüseyn Musafayev (70 kq) türkiyəli Heydər Yavuz, Hacımurad Hacıyev (74 kq) Hindistan təmsilçisi Kumar Suşil, Şamil Zubairov (92 kq) Türkiyə idmançısı Süleyman Qaradəniz, Cəmaləddin Məhəmmədov (125 kq) isə belaruslu Vitali Piaşniak ilə qarşılaşacaq.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi