Ru
Bakı
USD
EUR
GBP
RUB

Dünya çempionatında daha bir güləşçimiz bürünc medal qazanıb

news photo

14.08.2019 11:46 // İdman

Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə daha bir təmsilçimiz bürünc medal qazanıb.

Youthportal.az xəbər verir ki, milli komandanın üzvü Abubakr Abakarov (79 kq) təsəlliverici qarşılaşmalarda əvvəlcə italiyalı Salvatore Diananı mübarizədən kənarlaşdırıb (15:1).

Daha sonra Yaponiya pəhləvanı Yudai Takahaşiyə vaxtından əvvəl qalib gəlib (10:0). Bürünc medal qarşılaşmasında erməni güləşçisi Arman Avaqyanla üz-üzə gələn pəhləvanımız həlledici görüşdən qalib ayrılıb və komandamızın aktivinə növbəti bürünc medalı yazdırıb (6:4).

Bundan əvvəl yığmanın digər üzvü Turan Bayramov (65 kq) dünya çempionatının bürünc medalını qazanıb.

Avqustun 12-də start götürən dünya çempionatı davam edir.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi