Ru
Bakı
USD
EUR
GBP
RUB

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 güləşçisi yarışacaq

news photo

20.09.2019 09:47 // İdman

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycanın 6 güləşçisi yarışacaq. 

Youthportal.az xəbər verir ki, onlardan 2-si bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaqsa, qalanları mübarizəyə qoşulacaq.Əvvəlcə Mahir Əmiraslanov 57 kq çəkidə monqolustanlı dünya mükafatçısı, Asiya çempionu və Asiya Oyunlaırının qalibi Bexbayar Erdenebatla ilk təsəlliverici döyüşünü keçirəcək.Ardından Ağahüseyn Mustafayev 70 kq çəkidə təsnifat mərhələsinin görüşünə çıxacaq. Rəqib türkiyəli Haydar Yavuz olacaq.Daha sonra Hacı Əliyev 65 kq çəkidəki ilk təsəlliverici görüşündə misirli Amr Reda Ramadan Husseni sınağa çəkəcək.74 kq çəkidəki Hacımurad Hacıyev təsnifat mərhələsində Asiya və dünya çempionu, olimpiadaların ikiqat mükafatçısı, hindistanlı Suşil Kumarla qarşılaşacaq.125 kq çəkidəki Cəmaləddin Məhəmmədov da mübarizəyə təsnifat mərhələsindən başlayacaq. O, ilk görüşündə belaruslu Vitali Pesnyakla üz-üzə gələcək.92 kq çəkidəki Şamil Zubairovun ilk görüşü isə 1/8 finala təsadüf edəcək. Zubairov türkiyəli Süleyman Karadenizə rəqib olub.Mustafayev və Zubairov qeyi-olimpiya, qalanları isə olimpiya çəkilərində yarışacaqlar. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün yarımfinaladək və ya son təsəlliverici - bürünc medal görüşünədək irəliləmək lazımdır.Qeyd edək ki, artıq Azərbaycanın yunan-Roma və qadın güləşçiləri dünya çempionatlarında çıxışlarını başa vurublar. Onlardan qadın güləşində Mariya Stadnik (50 kq) qızıl medal və "Tokio 2020"yə lisenziya, Elis Manolova (65 kq) bürünc medal, yunan-Roma güləşində isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal əldə edib.

Dünya çempionatı20 sentyabr70 kqTəsnifat. Ağahüseyn Musafayev - Heydər Yavuz (Türkiyə)74 kqTəsnifat. Hacımurad Hacıyev - Suşil Kumar (Hindistan)92 kq1/8 final. Şamil Zubairov - Süleyman Karadeniz (Türkiyə)125 kqTəsnifat. Cəmaləddin Məhəmmədov - Vitali Pesnyak (Belarus)57 kqTəsəlliverici görüş. Mahir Əmiraslanov - Bexbayar Erdenebat (Monqolustan)65 kqTəsəlliverici görüş. Hacı Əliyev - Amr Reda Ramadan Hussen (Misir)

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi