Ru
Bakı
USD
EUR
GBP
RUB

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Qafqaz Universitetində də qeyd olunub

news photo

27.12.2016 16:00 // Cəmiyyət

Dekabrın 27-də Qafqaz Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov Heydər Əliyev siyasətinin əhəmiyyətini vurğulayıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Rektor 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və xarici ölkələrdə geniş qeyd olunduğunu diqqətə çatdırıb, bayram münasibətilə müəllim və tələbələri təbrik edib, uğurlar arzulayıb.

Digər çıxış edənlər də əlamətdar gün münasibətilə xoş arzularını bildiriblər.

Sonda tələbələr maraqlı konsert proqramı ilə çıxış ediblər.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi