Ru
Bakı
USD
EUR
GBP
RUB

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Açıq qapı günü” keçiriləcək

news photo

17.12.2018 11:41 // Siyasət

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və sualları cavablandırılacaq.

Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi