Ru
Bakı
USD
EUR
GBP
RUB

“Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yaradılıb

news photo

28.08.2018 10:49 // Siyasət

50 milyonluq dünya azərbaycanlılarını 37 ölkədə təmsil edən 140 gəncin iştirak ilə qədim Şəki şəhərində təşkil olunan “Cümhuriyyətin 100 ili” Diaspor Gənclərinin I Yay Düşərgəsi başa çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Youthportal.az-a verilən məlumata görə, Azərbaycan diasporunun birləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirilən Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılmasına qərar verib və bu barədə bəyannamə ilə çıxış ediblər.

Bəyannamədə gənclər bildiriblər ki, dünya gəncləri ilə birlikdə sülh, qardaşlıq və dostluğun təbliği, ətraf mühitin mühafizəsi, elmin və təhsilin inkişafı istiqamətində əməkdaşlıq edəcək, qlobal problemlərə qarşı birlikdə mübarizə aparacaq, dünya azərbaycanlılarının daha sıx birliyinə çalışacaq, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi və siyasi-hüquqi islahatlara dəstək verəcəklər.

“Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin üzvləri gələcək fəaliyyətləri ilə bağlı qətnamə imzalayıblar. 

Qətnamədə gənclərin birliyi və qarşılıqlı əlaqələrini təmin edəcək bir təşkilatın yaradılması alqışlanır. Bildirilir ki, “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yarandığı gündən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adən-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı şəkildə fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsi kimi missiyaları öz üzərinə götürür.

Qətnamədə qeyd edilir ki, düşərgə ərzində vətənpərvərlik, təhsil, mədəniyyət, idman və digər mövzularda həyata keçirilən tədbirlər zamanı irəli sürülmüş ideya, təklif və təşəbbüsləri ümumiləşdirərək qərara alırıq ki, qısa zaman ərzində təşkilatın hüquqi məsələləri həll ediləcək və bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcək.

 

Digər xəbərlər

Xəbər lenti

Monitorinq insidentsiz başa çatıb

Atəşkəs 22 dəfə pozulub

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi