Ru
Bakı
USD
EUR
GBP
RUB

Dubayda Yollar və Nəqliyyat İdarəsi öz müştəriləri ilə “WhatsApp” messencer vasitəsilə əlaqə saxlayacaq

news photo

17.07.2019 15:07 // Dünyada

Dubayın Yollar və Nəqliyyat İdarəsi yaxın vaxtlarda “WhatsApp” messencer bazasında yeni servis tətbiq edəcək.

Youthportal.az xəbər verir ki, Dubayda bu yeni xidmət tətbiq ediləndən sonra müştərilər yol hərəkəti qaydalarının pozulmasına görə cərimə ödənilməsi məsələlərinə dair Yollar və Nəqliyyat İdarəsi ilə ani informasiya mübadiləsi formatında əlaqə saxlaya biləcəklər.

İstifadəçilər cərimələr barədə bütün zəruri məlumatı öz smartfonunun köməyi ilə ala biləcəklər. Yeni xidmətdən istifadə etmək üçün cəriməni “WhatsApp” messencer vasitəsilə ödəmək arzusunda olmağınızı göstərilən telefon nömrəsinə bildirməyiniz kifayətdir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi