Ru
Bakı
USD
EUR
GBP
RUB

"Dubay EXPO 2020"nin qonaqlarını robot qarşılayacaq

news photo

25.07.2019 15:32 // Dünyada

Dubayda keçiriləcək beynəlxalq "EXPO 2020" sərgisinin qonaqlarını "Smart Dubai" dövlət idarəsi tərəfindən yaradılmış "Rəşid" adlı robot qarşılayacaq.

Youthportal.az xəbər verir ki, "Rəşid"lə istənilən mobil telefon vasitəsilə əlaqə saxlamaq mümkün olacaq və yaxın zamanlarda bunun üçün xüsusi mobil əlavə təqdim ediləcək. Robot çoxsaylı qonaqlara sərgi haqqında müfəssəl informasiyadan əlavə, Dubay barədə məlumat da təqdim edəcək, aviareyslərin və otellərin əvvəlcədən qeydiyyatı sahəsində xidmət göstərəcək, əyləncə tədbirlərinin təqvimi ilə bağlı məlumatları bölüşəcək. Robotun Dubayın sakinləri və qonaqları üçün ən "ağıllı" məsləhətçi olacağı gözlənilir. O, böyük həcmdə məlumatları təhlil etmək, sorğulara tez və dəqiq cavab vermək bacarığına malikdir.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi