Ru
Bakı
USD
EUR
GBP
RUB

“Dubay EXPO 2020”də 192 ölkə iştirak edəcək

news photo

26.04.2019 16:50 // Dünyada

“Dubay EXPO 2020”nin təşkilat komitəsi beynəlxalq sərgidə 192 ölkənin iştirakını təsdiqlədiyini bəyan edib.

Youthportal.az xəbər verir ki, “Dubay EXPO 2020”nin yaydığı rəsmi açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu sərgiyə bütün ölkələri dəvət etdiyi bildirilir. Vurğulanır ki, BƏƏ bu sərgini əsl beynəlxalq hadisəyə və platformaya çevirmək niyyətindədir.

Qeyd olunur ki, 170 il ərzində dünyada EXPO sərgiləri siyasətdən kənar olmaqla, innovasiyaların, mədəni mübadilənin, yaradıcılıq və əməkdaşlığın təşviqinə yönəlib.

Xatırladaq ki, Azərbaycan “EXPO 2020”də iştirakını təsdiqləyən ilk ölkələrdən biri olub.

“Zehinləri birləşdirək, gələcəyi quraq” mövzusunda bu il oktyabrın 20-dən 2021-ci il aprelin 21-dək keçiriləcək “Dubay EXPO”nu 25 milyon nəfərin ziyarət edəcəyi gözlənilir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi